Abşeron təhsili uğrunda üç direktor savaşır – Ağılasığmaz faktlarbackend

Abşeron təhsili uğrunda üç direktor savaşır – Ağılasığmaz faktlar

Abşeron rayon Təhsil Şöbəsinin müdiri vəzifəsi uğrunda üç rəfiqə arasında mübarizə gedir.

Hokm.az xəbər verir ki, rayonun Güzdək qəsəbə orta məktəbinin direktoru Sevil Əliyevanın bu postu ələ keçirməyə yaxın olduğu iddia olunur. O, bu mübarizədə həmkarlarını – Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru Ədalət Camalovanı və Ceyranbatan qəsəbə 1 saylı orta məktəbin direktoru Çinarə Atayevanı qabaqlamağa çalışır.

Bu mövzuda nyus.Az yazıb ki, RTŞ-nin sabiq müdiri Nazilə Məmmədova S.Əliyevanı başından etmək üçün Güzdək qəsəbə orta məktəbinə direktor göndərmişdi. S.Əliyeva da RTŞ müdirinin bu yaxşılığına yamanlıqla cavab verərək, rəfiqəsi Ədalət Camalova ilə birləşib N.Məmmədovaya arxadan zərbə vurmuşdular.

Belə ki, bir müddət öncə Mehdiabad məktəbinin direktoru Samirə Əkbərovanın barəsində cinayət işinin açılması, onun müavininin işdən qovulması, Nazilə Məmmədova ilə əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnən qalmaqallı video-material məhz Sevil-Ədalət cütlüyünün öyrətdiyi adamlar tərəfindən sosial şəbəkədə yayılıbmış. Materialda bəhs olunurdu ki, Samirə müəllimə laborant və digər vəzifələrə işə götürəcəyini vəd edərək, namizədlərdən RTŞ müdirinə çatdıracağı adı ilə rüşvət alıb, amma sonra sözünü tutmayıb. Güzdək məktəbində direktorun uğursuz kadr siyasəti, əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair çoxsaylı faktlar mövcuddur. Əmək intizamına riayət etmədikləri halda maaşı yazılan və direktor tərəfindən mənimsənilən müəllim və texniki işçilərin adları bizə məlumdur. Hətta özü xaricdə ola-ola adı işdə gedən “ölü canlar” da var. Təhsil Nazirliyinin Daxil Nəzarət Şöbəsinin və Sumqayıt Regional Təhsil Maliyyə İdarəsindən təftişçilər qrupu Güzdək məktəbinə göndəriliblər. Sevil Əliyeva Türkiyədə olan tarix müəllimi Şəbnəm xanımın guya bir həftə əvvəl öz hesabına məzuniyyətə çıxdığını “əmr kitabı”nda qabaqcadan nəzərə alaraq boş saxladığı yerlərdə yazılışlar apararaq ört-basdır etməyə müvəffəq olsa da, texniki işçilər sırasından olan “ölü canlar”ı bu üsulla ”diriltməyə”, onları tapıb “tez-bazar” tabelə qol çəkdirməyə macal tapmayıb. Nəticədə onlarla bağlı qanunsuzluq, habelə, “evdə təhsil” adı ilə de-fakto bu işi görməyərək adına maaş yazılan müəllimlərin məsələsinin üstü açılıb. Bununla belə, Sevil Əliyeva təftişçiləri yediyi harama şərik etməklə susdurmağı bacarıb. İndiki məlumatlarda isə bildirilir ki, Sevil Əliyeva Türkiyə sinirinin keçib-qayıtdığı artıq rəsmən bəlirlənən Şəbnəm Əliyevanı köhnə tarixlə işdən çıxarıb. Amma ondan başqa, ingilis dili müəllimi Nəcəfdova Bahar Sabir qızı və texnologiya fənnini tədris edən Əmirova Sevda Ənvər qızı da adları məktəbdə getdiyi halda işə gəlmirlər. Yoxlamadan sonra “Ölü canlar” sırası azalmaq əvəzinə, əksinə, daha iki xadimənin hesabına artıb. Ədalət müəllimənin bacısı qızı rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədovanın bacısı oğlu ilə evlidir. Məlumata görə, Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil alan İradə Gülməmmədova Balakənə təyinat alanda Ədalət Camalovanıın evində qalıb. Yaxınlıqları da o vaxtdan davam edib və quda olublar. Bildirildiyinə görə, Ədalət Camalova pedaqoji fəaliyyətdən başqa biznesdə də səriştəlidir.

O səbəbdən RİH başçısının bir çox kommersiya obyektlərinin haqq-hesabını aparmaq kimi əlavə görəvlə vəzifələndirilib.

  •  (1)
  •  (0)