Abşeron rayonunda Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə 3 min ağaç əkildibackend

Abşeron rayonunda Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə 3 min ağaç əkildi

Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi, Abşeron Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Qırmızı Ürəklər Fondunun birgə təşkilatçılığı ilə Abşeron rayonunda həyata keçirilən Ümumilli Lider Heydər Əliyevin anım günü münasibətilə 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyasında hər şəhidimizin xatirəsinə həsr edilmiş bir ağac (3000-ə yaxın) əkildi.

10 dekabr tarixində keçirilmiş ağacəkmə aksiyasında Millət vəkilləri Şahin Seyidzadə Müşfiq Məmmədli, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Abşeron rayon İcra Hakimiyyətin Rəhbərliyi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyətinin fəal üzvləri, Şəhid ailələri Qazilər iştirak ediblər.

Aksiya zamanı çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi istiqamətində gördüyü tarixi əhəmiyyətli fəaliyyətindən söz açdılar. Bildirdilər ki, Ulu Öndər Heydər Əliyevin Qarabağla bağlı arzusunun gerçəkləşməsində onun siyasi kursunun layiqli davamçısı müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun fədakarlığı,ümumxalq birliyinin nəticəsində Qarabağ torpaqlarımız erməni işğalçılarından azad edilərək xalqımız qələmə Zəfəri qazanmışdır. Bu Tarixi Zəfərin əldə edilməsində xalqımızın vətənpərvər örnəyi olan Şəhidlərimiz qan tökərək Şəhidlik şəhadətinə qovuşaraq, Qazilərimiz sağlamlığını itirərək 30 illik Qarabağ həsrətinə son qoydular.

  •  (2)
  •  (0)