ABŞ Senatı Navalnı işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb edibbackend

 ABŞ Senatı Navalnı işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiqini tələb edib

Bir sıra ABŞ senatorları dövlət katibi Mayk Pompeo və Maliyyə katibi Stefan Mnuçinə blogger Alexey Navalnının zəhərlənməsi ilə bağlı yaranmış vəziyyətə görə Rusiyaya qarşı sanksiya çağırışlarını özündə əks etdirən məktub ünvanlayıblar.

Hokm.az APA -ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg”in məlumatında bildirilib.

Məktubu Demokratlardan Ben Kardin, Dik Durbin, Kris Kuns, Respublikaçılardan isə Mitt Romni, Marko Rubio və Rojer Uiker imzalayıb.

Məktubda qəti şəkildə “Qlobal Maqnitski Aktı”na, eləcə də “Kimyəvi və Bioloji Silahlara Nəzarət Qanunu”nun müdəalarına əməl edilməsinə çağırış edilib.

  •  (0)
  •  (0)