ABŞ İrana doğru addım atdı – “Razıyıq”backend

ABŞ İrana doğru addım atdı – “Razıyıq”

ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo İranın səlahiyyətli şəxsləri ilə qabaqcadan hər hansı şərt irəli sürmədən görüşməyə hazır olduqlarını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa turu çərçivəsində İsveçrədə olan Pompeo bunu həmkarı İqnazio Kassislə görüşündə deyib.

“İranla masa arxasına əyləşməyə hazırıq” deyən amerikalı nazir ölkəsinin sanksiyaları davam etdirəcəyini də söyləyib.

Hokm.az

  •  (0)
  •  (0)