Amerika Birləşmiş Ştatları yeni prezidentini seçir.
Hokm.az baku.ws-ə istinadla xəbər verir ki, ABŞ-da Respublikaçı namizəd Donald Tramp və Demokrat namizəd Co Baydenin rəqabət apardığı və son dövrdə ölkənin ən kritik seçimi sayılan 59-cu prezident seçkiləri davam edir.
“The New York Times” ABŞ-da Prezident seçkilərinin qeyri-rəsmi nəticələri ilə bağlı məlumatlar təqdim edib.

Qeyri-rəsmi nəticələrə görə, Kentukkidə Tramp, Vermontda Bayden üstünlük qazanıb. “Associated Press” (AP) xəbər agentliyi tərəfindən yayımlanan məlumata görə, ABŞ prezidenti Tramp Kentukki ştatında 53,7% səs toplayıb. Vermontda isə Bayden 62,7% səs toplaya bilib.
Bununla yanaşı, Tramp Qərbi Virciniya əyalətində rəqibi Baydeni üstələyə bilib. Abş prezidenti 2016-cı ildə Qərbi Virciniya əyalətində rəqibi Hillari Klintonu da məğlub edə bilib. Qərbi Virciniyada qazanan son demokrat 1996-cı ildə Bill Klinton olub.
Mississippidə də Trampın daha çox səs topladığı bildirilir. Massaçusettsdə isə Bayden üstünlük əldə edib.

ABŞ-da 59-cu prezident seçkilərində Demokrat Co Bayden Nyu-york əyalətində də qalib gəlir. “Associated Press” (AP) xəbər agentliyi tərəfindən yayımlanan qeyri-rəsmi seçki nəticələrinə görə, Demokrat namizəd Bayden rəqibi Trampı geridə qoyub. Ümumilikdə iki rəqib arasında mübarizə davam edir.
















