ABŞ-ın Səhiyyə Nazirliyi Baydenlə işləməyi RƏDD ETDİbackend

ABŞ-ın Səhiyyə Nazirliyi Baydenlə işləməyi RƏDD ETDİ

ABŞ Səhiyyə Nazirliyi Ümumi Xidmətlər İdarəsi (GSA) Co Baydenin prezident seçkilərindəki qalibiyyətini tanımayanadək onun komandası ilə işləməyəcək.

Hokm.az xəbər verir ki, “CNN” telekanalı bu barədə qurumun rəhbəri Aleks Azara istinadən məlumat yayıb.

“Biz çox aydın şəkildə bəyan etmişik ki, GSA qalibi müəyyən etdikdə tam ortaq peşəkar keçid və hazırlığı təmin edəcəyik. Biz rəhbər prinsiplərə əməl edirik”, – deyə Azar vurğulayıb.

Daha əvvəl “Politico” qəzeti bildirmişdi ki, ABŞ-ın Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfi Co Baydenin prezident seçkilərindəki qələbəsini tanımaqdan imtina edib.konkret.az

  •  (0)
  •  (0)