ABŞ hərəkətə keçdi: Qara dənizdə güclənmək üçün… – Rusiya tikan üstündə (FOTO)backend

ABŞ hərəkətə keçdi: Qara dənizdə güclənmək üçün… – Rusiya tikan üstündə (FOTO)

Yunanıstan bəyan edir ki, ABŞ noyabrda Dədəağaca təlimlər üçün böyükhəcimli hərbi yük göndərəcək.

Hokm.az Teleqraf.com-a istinadla xəbər verir ki, yunan mediasında yayılan xəbərə görə, gələcək həftələrdə ABŞ-dan Dədəağac limanına göndəriləcək hərbi yük bu günə qədər görülməmiş dərəcədə çox olacaq.

Bu yük əsasən çox sayda helikopter, Pilotsuz Uçuş Aparatları (PUA), tank, artilleriya və ağır silahlardan ibarət olacaq.

Məqsəd Dədəağacdan başlayaraq Rumıniya və Bolqarıstan üzərindən Balkanlar və Orta Asiyaya uzanan bir təlimlərdə iştirakdır. Qeyd olunur ki, USNS hərbi gəmi ötən il bənzər təlimlər üçün bölgəyə böyük miqyasda silah-sursat daşıyıb.

Noyabrda gətiriləcək hərbi yüklərdə Romeo, Sikorski, Chinooki model helikopterlər, M1 Abrams tankı daxil olmaqla çox sayda zirehli texnika bölgədə yerləşdiriləcək.

ABŞ-ın Afinadakı səfiri bəyan edib ki, noyabrda Dədəağaca bu günə qədər heç gətirmədiyimiz qədər çox sayda təyyarə və helikopter çatdırılacaq.

Mütəxəssislər ABŞ-ın Dədəağac limanına bu qədər əhəmiyyət verməsinə səbəb kimi Vaşinqtonun Balkanlar və Qara dənizdə həm NATO, həm də ABŞ-ın gücünü artırmaq niyyəti ilə izah edirlər.

Xəbərdə ABŞ və NATO-nun Dədəğaca limanı vasitəsilə Balkanlar və Şərqi Avropadakı artan hərbi varlığının Rusiyanı narahat edəcəyi qeyd edilir.

Qeyd edək ki, bu ilin mayında keçirilən çoxtərəfli təlimlərə Türkiyəyə xüsusi töhvə vermişdi.

  •  (0)
  •  (0)