ABŞ-dan sonra ən güclü Türkiyədir – Korotçenkobackend

ABŞ-dan sonra ən güclü Türkiyədir – Korotçenko

ABŞ-ın Türkiyəyə S-400-lərdən dolayı təzyiqləri heç bir nəticə verməyəcək.

Hokm.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“ABŞ-ın Türkiyəyə təzyiqləri dalana dirənib. Çünki Türkiyə güclü dövlət başçısına sahib müstəqil ölkədir. Rəcəb Tayyib Ərdoğan heç kimə onunla güc dili ilə danışmasına icazə verməz. Ona görə ki, bu, Türkiyəni alçatmaq cəhdidir və beynəlxalq aləmdə qəbuledilməzdir. Türkiyə hərbi potensialına görə NATO-nin ikinci ən güclü ölkəsidir. ABŞ-dan sonra müharibəyə ən hazırlıqlı dövlətdir”, – deyə Korotçenko bildirib.

Ekspert əlavə edib ki, hazırda Ankara S-400-lərin ikinci mərhələsinin satın almaq üçün Rusiya ilə danışıqlar aparır:

“ABŞ-ın bu danışıqları pozmaq cəhdləri şübhəsiz ki, uğursuzluğa düçar olacaq”.

  •  (1)
  •  (0)