ABŞ-da vertolyot qəzaya uğradı: 3 nəfər öldübackend

ABŞ-da vertolyot qəzaya uğradı: 3 nəfər öldü

Amerikanın Arkanzas ştatında vertolyotun qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, biri yaralanıb.

Bu barədə yerli polis və fövqəladə hallar departamentinə istinadən “KNWA News” telekanalı məlumat yayıb.

Hadisə bazar günü axşam baş verib. Göyərtəsində 4 nəfərin olduğu ekskursiya helikopteri “Backwoods” musiqi festivalının keçirildiyi ərazidə yerə düşüb.

Qəzanın səbəbləri hələ ki, açıqlanmır. (report)

Hokm.az

  •  (0)
  •  (0)