ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi – YENİLƏNİB – VİDEObackend

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi – YENİLƏNİB – VİDEO

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.

İmpiçment qiyama təhriketmə maddəsi üzrə elan olunub.

Çıxarılan qətnamədə Trampın hərəkətlərinin Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən “ağır cinayətlər və səhv hərəkətlər” ifadəsinə uyğun olması bildirilir.

Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək Kapitoliyə getməyə çağırmışdı. Trampın tərəfdarlarının Kapitolini mühasirəyə alıb, zorla binaya girməsi nəticəsində baş verən qarışıqlıqlar zamanı bir neçə nəfər həyatını itirmişdi.

22:55

Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasını çağırmaqdan imtina edib.

Bu barədə “Washington Post” nəşri məlumat yayıb.

Mənbə yazır ki, beləliklə də demokratların D.Trampı səlahiyyət müddəti bitmədən vəzifəsindən kənarlaşdırmaq planı reallaşmayacaq.


22:43

ABŞ Nümayəndələr Palatasında Donald Trampın impiçmenti ilə bağlı iclas başlayıb.

Hokm.az xəbər verir ki, dörd səhifəlik impiçment qətnaməsi qəbul edilərsə, Tramp ABŞ tarixində prezidentlik dövründə 2 dəfə impiçmentə məruz qalan ilk lider olaraq tarixə keçəcək.

Qeyd edək ki, qətnamə “Qiyama təhrik” adlanır. Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir.axar.az

  •  (0)
  •  (0)