ABŞ-da irqi ayrı-seçkiliyin qurbanları kompensasiya alacaqbackend

ABŞ-da irqi ayrı-seçkiliyin qurbanları kompensasiya alacaq

ABŞ-ın İllinoys ştatının Evanston şəhəri, keçmişdə təcavüz və ayrı-seçkilikdən əziyyət çəkən afroamerikalı ailələrin mənzil şəraitini yaxşılaşdıracaq.

Hokm.az Trend-ə istinadən bildirir ki, bu təşəbbüs ABŞ-da ilk belə addım olacaq. Bununla bağlı səsvermə şəhər şurasının saytında aparılıb.

Vəsaitlər 2019-cu ildə yerli hakimiyyət orqanları tərəfindən təşkil olunan kompensasiya fondundan ayrılacaq.

Bu istiqamətdə 10 il ərzində əhalisi təxminən 75 min nəfər olan şəhər rəhbərliyinin 10 milyon dollar xərcləyəcəyi güman edilir.

Birinci mərhələdə 25 min dollarlıq subsidiya olaraq 16 ailənin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək 400 min dollar ayırılması təklif edilib. Evanstonun 1919-1969-cu illərdə şəhərdə yaşayan Afrika mənşəli qaradərili sakinləri və ya birbaşa qohumları subsidiya üçün müraciət edə bilərlər.

  •  (0)
  •  (0)