ABŞ-ın Texas ştatında 100-dən çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həlak olub. Xəsarət alan 36 nəfər isə xəstəxanalara yerləşdirilib.
Hokm.az-ın məlumatına görə, AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə Dallas və Fort-Uort şəhərləri arasındakı magistralda baş verib. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir.
















