ABŞ bütün ölkələri öz 5G şəbəkələrini qorumağa çağırırbackend

ABŞ bütün ölkələri öz 5G şəbəkələrini qorumağa çağırır

Gələn il ərzində 5G-nin tətbiqinin nəticələri onilliklər olmasa da, uzun illər hiss ediləcək. ABŞ-ın baş kiber-diplomatı Robert Streyer hesab edir ki, ölkələr düzgün qərarları indi qəbul etməlidirlər.

Ölkələr 5G avadanlıq və proqram təminatını istehsal edən şirkətlərə etibar etməlidir, ancaq əmin olmalıdırlar ki, “bu, onların milli təhlükəsizliyinə, məxfiliyinə, intellektual mülkiyyətə və ya insan hüquqlarına təhdid yaratmayacaq”, – dövlət katibinin kiber, beynəlxalq rabitə və informasiya siyasəti üzrə köməkçisinin müavini Robert Streyer çərşənbə günü virtual mətbuat brifinqi zamanı bildirib.

Eyni zamanda, o 5G infrastrukturu üçün “etibarsız” Çin komponentlərinin tədarükünə görə Huawei telekommunikasiya nəhəngini kəskin tənqid edib.

“Telekommunikasiya xidmətləri həyati əhəmiyyətli şəbəkələrin işinin qorunmasına zəmanət verildiyi müstəqil məhkəmə sisteminin və qanunun aliliyinin olmadığı  Çin Xalq Respublikası kimi avtoritar hökumətlərə tabe olduğu halda etibar ola bilməz”, –  o deyib.

Huawei şirkətinin mülkiyyətinə nəzarət şəffaf deyil, şirkət intellektual mülkiyyətin oğurlanması da daxil olmaqla qeyri-etik və qanunsuz davranışlarla tanınır.

“5G üçün komponentlərin Huawei və ZTE kimi şirkətlər tərəfindən təchizarına icazə verilməsi məxfi hökumət, kommersiya və şəxsi məlumatları riskə məruz qoyaraq həyat əhəmiyyətli rabitə sistemlərini manipulyasiya və casusluq üçün həssas edir”, – o qeyd edib.

Turan-ın müxbirinin “ABŞ avtoritar ölkələrlə ünsiyyətdə 5G şəbəkəsindən necə istifadə etməyi planlaşdırır” sualının cavabında Streyer işarə edib ki, ABŞ-ın işi xəbərdarlıq  etməkdir və “əgər bizim xəbərdarlığı qəbul etmirsə,  bu, qarşı tərəfin problemidir”.

Xaricdən böyük İT şirkətləri cəlb etməklə ölkələr İT- ekosistem, serverlərdə böyük məlumatların təhlükəsizliyi barədə düşünməlidirlər. Əgər Çin hakimiyyəti gizli məlumatların çıxarılması üçün Huawei və ZTE-yə göstəriş verərsə, bütün bunlar təhlükə altında ola bilər.

“Düşünürəm ki, hətta insan hüquqlarına qayğının olmadığı ölkələrin belə, öz iqtisadi maraqlarını və milli təhlükəsizlik sistemini qorumaq istəyi var. Odur ki, onların rabitə sistemlərinin üçüncü ölkənin nəzarət etdiyi texnologiyalarla qarşılıqlı əlaqədə olmasına yol verilməməlidir.

Düşünürəm ki, heç bir hökumət bunu istəmir, heç bir ölkə öz suverenliyinin riskə məruz qalmasını istəmir” , – o deyib.

  •  (0)
  •  (0)