Nəticələr təhlükəsizlik və beynəlxalq əlaqələr sahəsindəki çox sayda Amerikalı ekspertlərin 2020-ci ilin noyabr ayında keçirdiyi anket sorğularındakı fikrini əks etdirir.
Diqqət qarşıdakı on iki ay ərzində baş vermə ehtimalı olan hadisələr və ya hadisələr sırasına yönəldilib. Nəticələr daha sonra bütün potensial münaqişə vəziyyətlərini ABŞ-ın qabaqlayıcı tədbirlər görməsi üçün yerlərini dəyişdirə bilmə məqsədilə üç təhlükə səviyyəsinə olmaqla yüksək, orta və aşağı kimi ayırmaqla toplanıb.
Yaxın on iki ayda bu və ya digər təhlükənin olma ehtimalının yüksək, orta və ya aşağı olduğu da müəyyən edilib.
Hər şeydən əvvəl anketdə hərbi gücün istifadəsinə, ABŞ-ın hərbi potensialının öz ərazisindən kənarda bu və ya digər şəkildə tətbiq edə biləcək vəziyyətlər, şəraitlər, qarşıdurmalar yer alır. Risklər təkcə ABŞ-ın özündə qiymətləndirilmir.
Təhdidin səviyyəsi və baş vermə ehtimalı tədqiqatçılara, ABŞ və müttəfiqləri üçün təhdidlərin prioritetinə görə otuz potensial münaqişəni üç qrupa bölməyə imkan verib.
İlk (qırmızı) qarşıdurma qrupu
Ehtimal böyük, təhlükə səviyyəsi yüksək dərəcədə olan
– Koreya yarımadasında hərbi gərginliyin artmasına səbəb olacaq Şimali Koreyada nüvə silahlarının və ya ballistik raketlərin daha da inkişaf etdirilməsi və sınaqdan keçirilməsi.
Ehtimal əhəmiyyətli, təhdid səviyyəsi orta dərəcədə olan
– Əfqanıstanda sülh prosesinin iflasına səbəb ola biləcək, artan şiddət və siyasi qeyri-sabitlik.
– Suriyada mülki əhali arasında qurbanların artmasına səbəb olan və xarici tərəf müqabilləri arasında gərginliyə səbəb olmuş qarşıdurmanın davam etməsi.
– Venesuelada daha çox narahatçılığa, qaçqın axınının artmasına səbəb olan iqtisadi çöküşün və siyasi qeyri-sabitliyin sürətlənməsi.
Ehtimal orta, təhdid səviyyəsi yüksək dərəcə olan
– Çin tərəfindən ABŞ-la ciddi bir böhrana səbəb olacaq Tayvana qarşı siyasi və iqtisadi təzyiq artması.
– İranın ABŞ-la və ya müttəfiqlərindən biri ilə İranın regional münaqişələrdə iştirakı və silahlı qruplaşmalara dəstəyi ilə bağlı silahlı qarşıdurma.
– ABŞ-ın potensial vacib infrastrukturuna son dərəcə dağıdıcı kiber hücum.
– Rusiyanın hərbi gərginliyi artıracaq Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvlərini qorxutmaq və ya təzyiq göstərmək üçün hərbi müdaxiləsi və ya hərəkətləri.
– ABŞ-a və ya müttəfiqinə, yaxud xarici terror təşkilatlarının NATO-ya kütləvi itki ilə nəticələnən terror hücumu.
İkinci (narıncı) qarşıdurma qrupu
Ehtimal əhəmiyyətli, təhlükə səviyyəsi aşağı
– Efiopiyada cəmiyyət daxilində artan şiddət və böyük bir humanitar böhrana səbəb olan etnik-millətçi qarşıdurmalar və regional qeyri-sabitlik.
– Döyüş əməliyyatları və xarici müdaxilələrin davam etməsi ilə Yəməndəki humanitar böhranın kəskinləşməsi.
Ehtimal orta, təhdid səviyyəsi orta dərəcədə olan
– Ukraynanın şərqində artan döyüş əməliyyatları və ya münaqişə bölgələrində ciddi hərbi toqquşmalar, bu da Rusiya ilə Ukrayna arasında gərginliyi daha da artıracaq.
– İsrail ilə Fələstinlilər arasında artan gərginlik, kütləvi etirazlara və qanlı qarşıdurmalara səbəb olacaq.
– Suriyada və ya Türkiyə sərhədlərində Türk-Kürd silahlı qrupları arasında şiddətin artması.
– Çin ilə Hindistan arasında qarşıdurmaya səbəb olacaq mübahisəli sərhəd bölgələri ilə bağlı müqavilələrin ləğv olunması.
– Hindistan və Pakistan arasında əhəmiyyətli hərbi qarşıdurmaya səbəb olacaq geniş miqyaslı terrorçuluq və ya Kəşmirdə iğtişaşların artması.
– Yeni vətəndaş müharibəsi formatında Livandakı iqtisadi və siyasi böhranın dərinləşməsi.
– Şərqi Aralıq dənizindəki Yunanıstan ilə Türkiyə arasında hərbi gərginliyə səbəb olacaq təbii qaynaqlar mübahisəsi.
– Meksikada insan itkilərinin artmasına səbəb olacaq mütəşəkkil cinayətkarlıq şiddətinin güclənməsi.
– Şimal üçbucağında miqrant axınının artmasına səbəb olacaq (Salvador, Qvatemala, Honduras) iqtisadi və təhlükəsizlik şərtlərinin pisləşməsi.
– Rusiyanın genişmiqyaslı və ciddi vətəndaş iğtişaşlarına səbəb olacaq Belarusdakı vəziyyətə müdaxiləsinin artması.
Ehtimal az, təhdid səviyyəsi yüksək dərəcə olan
– Çin və ABŞ-ın Cənubi Çin dənizində mübahisəli ərazi iddiaları nəzərə alınaraq dənizçilik azadlığı ilə bağlı silahlı qarşıdurması.
Üçüncü (sarı) müqavimət qrupu
Ehtimal orta, təhdid səviyyəsi aşağı dərəcə olan
– Sudanda mülki əhaliyə qarşı geniş miqyaslı şiddətə səbəb olacaq demokratik siyasi dəyişikliklərin uğursuzluğu.
– Gərginliyin artmasına və hərbi qarşıdurma ehtimalına səbəb olacaq Böyük Efiopiya İntibah Bəndinə dair Misir, Efiopiya və Sudan arasında aparılan danışıqların uğursuzluğu.
– Nigeriyada artan şiddət, siyasi qeyri-sabitlik, bölgədəki qarşıdurmalar səbəbiylə mülki əhalinin didərgin düşməsi.
– Liviyada atəşkəsin rejimi və rəqib hökumətlər arasında şiddətin artmasına səbəb olan sülh danışıqlarının uğursuzluğu, ardından xarici müdaxilənin baş verməsi.
– Ermənistanla Azərbaycan arasında hərbi münaqişəni ağırlaşdıracaq və bölgədə sabitliyi pozacaq Qarabağdakı atəşkəs razılaşmasının pozulması.
– Hökumət təhlükəsizlik qüvvələri tərəfindən Myanmada müsəlmanlara qarşı davamlı şiddət və Banqladeşdən gələn qaçqınların geridönüşü ilə bağlı artan gərginlik.
Ancaq dünyanın dinamik olduğu məlumdur, buna görə tədqiqatçılar hər şeyin dəyişə biləcəyini etiraf edirlər.Ordu.az
















