Abel Məhərrəmovun orfoqrafik səhvlərlə dolu təşəkkür statusu – FOTObackend

Abel Məhərrəmovun orfoqrafik səhvlərlə dolu təşəkkür statusu – FOTO

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmovla bağlı diqqətçəkən məsələ ortaya çıxıb.

Hokm.Az Bakupost.az-a istinadla bildirir ki, 19 il (1999-2018) Azərbaycanın ən böyük təhsil müəssisələrindən biri olan BDU-ya rəhbərlik etmiş şəxsin dilimizin orfoqrafiya qaydalarını bilmədiyi məlum olub. Belə ki, Məhərrəmov “Whatsapp” statusunda orfoqrafik səhvlərə yol verib. 27 noyabr 2019-cu il tarixli statusda “Gosderdiyiniz diqqet ucun cox sagolun” yazılıb. Şrift nöqsanını bir kənara qoysaq, 4 sözdən ibarət cümlədə iki sözdə orfoqrafik səhvə yol verdiyini görə bilərik. 19 il rektor olmuş, 50 dərslik və xeyli başqa kitablar yazmış A.Məhərrəmov “Göstərdiyiniz” və “çox sağ olun” sözlərini düzgün yazmayıb.

Məlumat üçün bildirək ki, status Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncamından sonra yazılıb.

Belə ki, ölkə başçısının 25 noyabr 2019-cu il tarixli sərəncamı ilə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Akademik sərəncamla bağlı gələn təbriklərə “Whatsapp” statusunda təşəkkür edib.

  •  (1)
  •  (2)