Abdulbari Gozalın qızı şirkət rəhbərliyindən istefa veribbackend

Abdulbari Gozalın qızı şirkət rəhbərliyindən istefa verib

“Azersun Holding” MMC-nin sahibi Abdulbari Gozal-ın qızı törəmə şirkətlərin birindəki vəzifəsini tərk edib.

Hokm.az xəbər verir ki, bu barədə Banker.az-ın şirkətə yaxın mənbələrdən əldə etdiyi məlumatda deyilir.

“Azərbaycan Sənaye Bankı” ASC-nin əsas səhmdarı olan “Anadolu İnvestment Kompani” MMC-nin Baş direktoru (CEO) kimi çalışan Leyla Gozal Kurt Abdolbarı qızı vəzifəsindən kənarlaşıb, onun yerinə Səidə Bayramova Zeynal qızı təyin edilib. Səidə Bayramova Beynəlxalq Bankda 20118-ci ilə qədər Müşahidə Şurası üzvi kimi çalışıb.

“Anadolu İnvestment Kompani” hazırda Azərbaycan bank sektorunda 6-cı ən böyüyü olan “ASB Bank”-ın səhmlərinin 98.43%-inə, “Azərbaycan Sənaye Sığorta Şirkətinin” 75%-lik səhmdarınə sahibdir. Leyla Gozal Kurt həmçinin adıçəkilən bankın səhmlərində 1%  pay sahibi olan səhmdardır.

“Anadolu İnvestment Kompani” MMC – 2003-cü ildə yaradılıb, 22 milyon manat nizamnamə kapitalına sahibdir.

  •  (1)
  •  (0)