9 saylı Uşaq Poliklinikasında qanunsuzluqların və cinayət tərkibli əməllərin sayı günü-gündən artır. Adının çəkilməsini istəməyən poliklinika əməkdaşı bunu Anews.az-a göndərdiyi şikayət məktubunda bildirib.
O, bildirir ki, poliklinikanın baş həkimi Aidə Hüseynzadənin sayəsində illərdi rüşvət, saxtakarlıq hökm sürür. ” Aidə Hüseynzadə 2000-ci ildən baş həkim işləyir. O, dövlət tərəfindən ayrılan inventarları mənimsəyib, saxta əlilliklərin düzəldilməsini təşkil edib, xəstələrə ayrılan dərmanları mənimsəyir, əlavə iş saatı yazıb pulunu özü alır, poliklinikada xeyli sayda adamın adı işçi kimi qeyd olunub, lakin həmin işçilər işə çıxmır. Buna baxmayaraq, maaş alırlar” – deyə xəstəxana işçisi bildirdi.
Onun sözlərinə görə, poliklinikanın müdirinin illərdir davam edən bu əməllərinə göz yumulur. “Baş həkim barəsində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılsa da, həkimlərə öz maşınını yudurtduğu və rüşvət aldığı barədə mətbuatda yazılar dərc olunsa da onun bu əməlləri ört-basdır edilir. Hətta, Aida xanımın 69 yaşı olmağına baxmayaraq, onu 65 yaş həddi ilə pensiyaya da göndərmirlər. O, isə qanunsuz əməllərinə davam edir. Həkimlərdən vəzifəsindən asılı olaraq hər ay pul yığır. Bundan əlavə, ildə bir dəfə təmir adı altında həkimlərdən 100 manat, tibb bacılarından 50 manat pul toplayır. Lakin heç bir təmirdən söhbət gedə bilməz. Bütün bunlara etiraz edən həkimləri işdən azad etmək ilə hədələyir”- deyə işçi əlavə etdi.
















