backend

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-i saat 07:17 radələrində paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri – 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
  •  (0)
  •  (0)