“8 Noyabr” stansiyasında Xudayarın ifası səslənəcək? – RƏSMİ AÇIQLAMAbackend

“8 Noyabr” stansiyasında Xudayarın ifası səslənəcək? – RƏSMİ AÇIQLAMA

Bakı metropoliteni şəhid Xudayar Yusifzadənin səsi və “8 Noyabr” stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumata münasibət bildirib.

Bakı metropolitenindən “Ölkə.az”a bildirilib ki, şəhidimizin səsi və “8 Noyabr” stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Qeyd edilib ki, video montaj ola bilər:

“Yəni reallıqda belə bir şey yoxdur”.

Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə “8 Noyabr” stansiyasının şəhid Xudayar Yusifzadənin səsi ilə elan ediləcəyi barədə video yayılmışdı.

 

  •  (5)
  •  (0)