İnfeksionistdən MÜHÜM XƏBƏRDARLIQ – Telefonda unitaz qapağından daha çox bakteriya varbackend

İnfeksionistdən MÜHÜM XƏBƏRDARLIQ – Telefonda unitaz qapağından daha çox bakteriya var

Yoluxucu xəstəliklər həkimi Natalya Oçinskaya 2015-ci ildə Surrey Universitetinin apardığı bir araşdırmanın nəticələrinə istinad edərək çox sayda patogen bakteriyanın telefonun səthində yaşaya biləcəyini söyləyib.

Hokm.az publika.az a istinadən xəbər verir ki, alim telefonların daşıdığı bakteriyaların yaratdığı təhlükədən söz açıb: “Alimlər insanların telefonlarındakı bakteriyaları laboratoriyalarda analiz edib. Nəticədə məlum oldu ki, smartfonlar təhlükəli bakteriyalar üçün əsl çoxalma yeridir. Araşdırma çərçivəsində adi insanların 30 telefonu sınaqdan keçirilib. Bəzi hallarda smartfonda unitaz qapağının ağzından 18 qat daha çox bakteriya olduğu üzə çıxıb. Bu bakteriyalar ciddi xəstəliklərə səbəb olur. Məsələn, dəri və bağırsaq infeksiyaları, sətəlcəm və meningitə gətirib çıxara bilər.

Odur ki, smartfonun səthini gündə bir dəfə təmizləmək lazımdır. Bunu etmək üçün antibakterial salfetlər, əllər üçün antimikrobiyal maddələr, spirt və ya cihazlar üçün xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edə bilərsiniz. Silməzdən əvvəl telefonu söndürmək vacibdir və dezinfeksiyaedici mayelərin qacetlərə girməsinə icazə verilməməlidir”.

  •  (1)
  •  (0)