700 bal toplayan gənclər evləndi (FOTO)backend

700 bal toplayan gənclər evləndi (FOTO)

Bakıda müxtəlif illərdə 700 bal toplamış 2 məzunun toy mərasimi keçirilib.

Hokm.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədəki “Azərbaycan Universitetləri” səhifəsində yayılıb.

Məlumata görə, evlənən gənclər – Ucal Ağammədov 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, Nərmin Məmmədli isə 2013-cü ilin qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olub.

Hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər.

  •  (0)
  •  (0)