65 yaşlılarla bağlı QƏRAR
Hokm.az cebhe.info-ya istinadla bildirir ki, Türkiyədə 65 yaş və ondan yuxarı insanların küçəyə çıxmalarına müəyyən şərtlərlə icazə veriləcək.
Bunu koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərindən danışan Türkiyənin Elm Komitəsinin professoru Tofiq Özlü deyib:
“Belə bir qərarın doğru olacağına inanıram. Yaşlılarımız çoxdan evdə qapalı qalıblar. Bu həm fiziki, həm də ruhi sağlamlıq üçün böyük bir riskdir. Artıq onları səfərbər etməyin vaxtı gəldi. Bunu edərkən onları qorumalıyıq və bu mümkündür.
Yaşlılarımıza risk etmədən necə edə bilərik, bunun planlaşdırılması lazımdır. Düşünürəm ki, bu işlər görülüb. Həftə sonu 65 və yuxarı yaşlı insanlar müəyyən məhdudiyyətlərlə bir neçə saat gəzməyə icazə veriləcək”.
















