65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına icazə verilsin – BU SAATLARDAbackend

65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına icazə verilsin – BU SAATLARDA

65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına icazə verilsin – BU SAATLARDA

Azərbaycanda 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin rejiminin şərtlərinin yumşaldılması geniş müzakirə olunur.

Hokm.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu kateqoriyaya aid şəxslərlə bağlı yumşaldılmanın ediləcəyi Operativ Qərargahın brifinqində də səslənib.

Lakin sonradan koronavirusa yoluxmaların sayının artması 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin şərtlərinin yumşaldılmasını təxirə salıb. Mövcud vəziyyətda yaşlı insanların çölə çıxmasına qoyulan qadağanın yumşaldılmasını millət vəkili Aqil Abbas da təklif edib.

O, açıqlamasında bildirib ki, yaşlı insanların evdə qalması onların digər xəstəliklərə yoluxmasına gətirib çıxara bilər: “Hesab edirəm ki, bizdə 65 yaşından yuxarı insanlar üçün karantin rejiminin şərtlərində yumşalma olmalıdır. Artıq Türkiyədə də yaşlı insanların həftənin müəyyən günləri 4 saat çölə çıxmasına icazə verilir. Təbii ki, evlərinə yaxın ərazilərdə.

Bu insanların yaşı 65-i keçib və oturaq həyat ahıl insanlarda ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Evdə nə qədər idman etsən də, bu həmin effekti verə bilməz. İnsan yeriməli, təmiz hava almalı və günəşi görməlidir. Bu olmayanda müəyyən xəstəliklər əmələ gəlir.

Fikrimcə, bu məsələ tezliklə öz həllini tapacaq, yaşlı insanlara da müəyyən saatlarda evdən çıxmağa icazə veriləcək. Koronavirus 30 il davam etməyəcək ki? Yəqin ki, bir aydan sonra yumşalmalar daha çox olacaq”.

Aqil Abbas hesab edir ki, indiki dövrdə 65 yaşından yuxarı insanlara səhər 10:00-11:00-da, axşam tərəfi isə 16:00-17:00-da çölə çıxmağa icazə verilməlidir: “Yaşlı insanlara günəşli havada 1-2 saat keçirmək icazəsi verilsə, bu, onlara çox müsbət təsir edəcək. Amma onların evdən çölə çıxmasına icazə yalnız evlərinin ətrafı üçün verilməlidir.

Türkiyədə belə bir praktika var ki, orada həftənin dörd günü heç kimin çölə çıxmasına icazə vermirlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün 65 yaşdan yuxarı insanlara müəyyən qədər gəzməyə icazə verirlər. Bizdə şükrlər olsun ki, belə bir qadağa yoxdur, sadəcə insanlara müəyyən məhdudlaşdırmalar tətbiq olunub.

Vətəndaşlarımız gərək qaydalara riayət etsin. Sui-istifadə hallarına yol verilməsin. Nə qədər insanlar buna görə cərimə də olunublar. Gərək vətəndaşlarımız karantin şərtlərinə tam riayət etsinlər”.

  •  (2)
  •  (0)