6 yaşlı uşaqların peyvəndlənməsinə qərar verildi – İnsanlar etiraz edirbackend

6 yaşlı uşaqların peyvəndlənməsinə qərar verildi – İnsanlar etiraz edir

Çilidə peyvəndlənmənin yaşı 6-ya enib.

Hokm.az xəbər verir ki, Çili İctimai Sağlamlıq İnstitutu (ISS), Çin tərəfindən hazırlanmış “Sinovac” peyvəndinin 6 yaşdan başlayaraq uşaqlara vurulmasını uyğun hesab edib.

İctimai müzakirələr zamanı çilili mütəxəssislərdən beşi peyvəndin 6 yaşdan yuxarı uşaqlara vurulmasının lehinə, ikisi yalnız 12 yaşdan yuxarı uşaqlara vurulmasının lehinə, biri isə tamamilə uşaqlara vurulmasının əleyhinə səs verib.

Ölkənin Səhiyyə naziri Enrique Paris bu həftənin sonuna qədər 14 və 15 yaşdan kiçik uşaqların peyvəndlənməsinin yenidən başlayacağını açıqlayıb.

Hazırda bu ölkədə 19 milyon əhalinin 13 milyondan çoxuna “Sinovac” peyvəndi vurulub.

Qeyd edək ki, Çili, son aylarda 12 yaşdan 18 yaşa qədər olan uşaqlara “Pfizer/BioNTech” peyvəndi vurulmasını təsdiqləmişdi. Ancaq bu peyvəndin ölkəyə gətirilmsəində sıxıntıların yaşanması “Pfizer”in yerinə “Sinovac”ın vurulmasını şərtləndirib.

Ölkədə epidemiyanın başlanmasından bu yana 1 milyon 641 min 526 nəfərdə COVİD-19 virusu aşkarlanıb. Son statistikaya görə 37 min 108 nəfər virusdan vəfat edib.azxeber.com

  •  (0)
  •  (0)