6 namizəd MSK-ya müraciət etdi: “İqbal Məmmədovun namizədliyi ləğv edilsin”backend

6 namizəd MSK-ya müraciət etdi: “İqbal Məmmədovun namizədliyi ləğv edilsin”

Hokm.az xəbər verir ki, Lerik sakinləri deputatlığa namizəd İqbal Məmmədovdan şikayət ediblər
78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizəd olan 6 nəfər seçkidə qanunsuzluq olduğuna görə Mərkəzi Seçki Komisiyasının baş katibi Məzahir Pənahova şikayət məktub yazıb.
Şikayət məktubunu Ramil Hüseynov, Hikmət Ağayev, Vasif Qafarov, Mehriban Paşayev, Bəxtiyar Fətullayev və Təyyar Yəhyayev imzalayıb.
Onların şikayət etməsinə səbəb təbliğat-təşviqat kampaniyasının başlandığı gündən deputatlığa namizəd İqbal Nəriman oğlu Məmmədov Seçki Məcəlləsinin 69-cu maddəsinin bəndlərini pozması olub. Şikayətçilərin sözlərinə görə, İqbal Məmmədovun vəkili Cəlil Baxşiyev əvvəlki iş yeri- Lerik rayon icra hakimiyyətində oturaraq, insanlara İqbal Məmmədovu dəstəkləməsi üçün təzyiqlər edir.
Məktubda bildirilib ki, vəkil dövlət strukturlarında işləyən insanları məcburi şəkildə İqbal Məmmədovun görüşlərinə aparırlar. Eyni zamanda, ərazi icra nümayəndələri və yerli bələdiyyələr, seçki məntəqələrinin üzvləri və sədrləri, o cümlədən müəssisə rəhbərləri İqbal Məmmədovla görüşləri təşkil etməyə səfərbər edilir.
Qanunvericiliyin əksinə olaraq, digər namizədlərin təbliğat-təşviqat görüşünə gələnlər isə iş yerlərindən çıxarılacağı, maaş və pensiyalarının kəsiləcəyi ilə təhdid edilir. Digər namizədlərin təbliğat-təşviqat görüşlərinə gələnlər isə özlərinin və ailə üzvlərinin işlədikləri iş yerlərindən azad ediləcəyi, hətta təqaüdçü və müavinətlər alanlar pensiya və müavinətlərin kəsiləcəyi ilə təhdid edilir.
Deputatlığa namizəd İqbal Məmmədov qanunvericiliyə zidd olaraq özünü dövətin nümayəndəsi və artıq seçilmiş deputat kimi vətəndaşlara təqdim edir.
Cəlil Baxşiyev və yerli idarəetmə orqanlarının birbaşa müdaxiləsi ilə ərazi icra nümayəndələri yerlərdə vətəndaşlara təzyiqləri davam etdirirlər.
Məktubun sonunda MSK-dan deputatlığa namizəd İ.Məmmədovun namizədliyinin ləğv edilməsi və aidiyyati orqanlar qarşısında qanunvericiliyin bərpa olunması ilə bağlı tədbirlər görülməsi xahiş edilib.
Deputatlığa namizəd İqbal Məmmədov 2010 cu ildə IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik Seçki Dairəsindən millət vəkili seçilib. 2015-ci ildə isə Azərbaycan Respublikası Milli Məclis (V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik Seçki Dairəsindən millət vəkili seçilib. 2019-cu ildə “Relax” mehmanxanasında yaşanan insidentə görə gündəmə gəlib.
Roza Məmmədova
Toplum.tv



Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)