Danimarkada 500 il öncə ölən Inuit xalqına mənsub bir ailənin bu günə qədər çox yaxşı qalmış mumiyaları tapılıb.
Hokm.az Milli.Az-a istinadən xəbər verir ki, bir qrup ovçunun 1972-ci ildə təsadüfən ortaya çıxardığı və aralarında 6 aylıq bir uşağın də olduğu 500 illik məzar ilk dəfə görüntülənib.
Tapılan 8 nəfərin miladdan sonra – 1475-ci ildə öldüyü iddia edilir.
500 illik mumiyalar 1 metr məsafəylə 2 ayrı məzarda, üst-üstə qoyularaq dəfn edilmiş halda tapılıb.
Məzarda iki uşaq da var. Uşaqların anaları öldüyü üçün canlı-canlı basdırıldıqları deyilir. Çünki Inuit xalqında evin qadını ölməndə uşaqları canlı-canlı ana ilə birgə dəfn edilirmiş.
Lnuitlərdəki bu ənənəyə görə bütün ailə üzvləri dünyadan köçdükdən sonra da barış şəraitində və birlikdə yaşayırmışlar.






















