Qətərdə DÇ-2022-nin ikinci stadionu açıldıbackend

Qətərdə DÇ-2022-nin ikinci stadionu açıldı

Cümə axşamı Qətərdə futbol üzrə 2022-ci il dünya çempionatının ikinci stadionu olan “Əl-Vakra” istifadəyə verilib.

Bu barədə Fransanın “Frans Press” agentliyi məlumat yayıb.

Stadionun açılışı Qətər Əmiri Kubokunun final oyununa təsadüf edib. Finalda “Əl-Duhayl” “Əl-Sadd” klubuna 4:1 hesabı ilə qalib gəlib.

Layihəsi memar Zaha Hadid tərəfindən hazırlanan stadion 40 min tamaşaçı tutumuna malikdir. Stadion 575 mln. dollara başa gəlib.

Hokm.az

  •  (0)
  •  (0)