56 minlik vergi borcu olan şirkət – Tenderin Qalibibackend

56 minlik vergi borcu olan şirkət – Tenderin Qalibi

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Şimal – Qərb Turizm Koridoru Kommer­siya Obyektlərinin inkişafı konsepti üzrə daşınan və quraşdırılan avadanlıqların satın alınması ilə əlaqədar dərc edilmiş elektron açıq tenderdə “Kontur Reklam” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuş və həmin şirkətlə 2020-ci il sentyabrın 16-da müvafiq satınalma müqaviləsi bağlanılmışdır.

Müqavilənin dəyəri 474400 manat təşkil edir.

Qeyd edək ki, MMC-nin böyük həcmdə vergi borcu yaranıb. Dövlət Vergi Xidmətindən bildirilib ki, şirkətin ümumi vergi öhdəliyinin həcmi 56 min 39 manatdır.XalqXeber.Az

  •  (0)
  •  (0)