“500 ədəd qara kofta sifariş etmişəm” – Acun geyim tərzindən DANIŞDIbackend

“500 ədəd qara kofta sifariş etmişəm” – Acun geyim tərzindən DANIŞDI

Acun Ilıcalı öz kanalında yayımlanan “2-ci Səhifə” verilişini qonağı olub. 

Hokm.az xəbər verir ki,  hər zaman diqqət mərkəzində  olan  Acunun bu  dəfə  geyimi müzakirə mövzusuna  çevrilib.  Belə  ki,  hər zaman ekranlar eyni geyim tərzində  olan Acun buna aydınlıq  gətirib.

 

TV8 kanalının rəhbəri qara “t-shirt”ləri sevdiyini  bildirib:

“Ayaqqabı geyindiyimi xatırlamıram. Köynəyi ildə 15 dəfə, pencəyi 4 dəfə geyinirəm. 500 ədəd qara kofta sifariş etmişəm. Hər gün “Survivor”da “t-shirt” dəyişdirə-dəyişdirə “bunu geyindin, bu olmaz” problemləri başladı. Özümü bu cür daha rahat hiss edirəm. Bu yolla “Survivor” çəkilişlərində davamlılığı da qorumuş olduq. Çəkilişlər zamanı eyni paltarı tapmaq çətin olurdu, ya itirdi, ya kimsə səhvən yandırırdı”,- deyə, Acun ifadə edib. Unikal.org

  •  (0)
  •  (0)