50-dan artıq avtobus bir saatdan çox sıxlıqda qalmışdı – BNA-dan növbəti açıqlamabackend

50-dan artıq avtobus bir saatdan çox sıxlıqda qalmışdı – BNA-dan növbəti açıqlama

Ötən gün axşam saatlarında (saat 18:00-20:30 aralığında) müntəzəm və ekspress xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr müşahidə olunub.

Hokm.az xəbər verir ki, bu barədə bakı Nəqliyyat Agentliyindən məlumat verib. Məlumatda qeyd edilir ki, nəticədə sərnişin tələbatı yüksək olan dayanacaqlarda sıxlıqlar yaranıb: “Sərnişinlərimizin narahatlığına səbəb olan bu vəziyyətin yaranması axşam pik saatlarında əsas küçə və prospektlərdə tıxacların olması ilə əlaqədardır. Xətlərə adi rejimlə müqayisədə 13-15% artıq avtobus cəlb olunmasına və daha 70 avtobusun isə ehtiyat kimi xətlərə çıxarılmasına baxmayaraq avtobuslar tıxacda qalaraq təyinat yerlərinə vaxtında çata bilməyib.

Məsələn “Koroğlu”-“28 May” istiqamətində hərəkət edən 8-ə yaxın müntəzəm və ekspres xətlər üzrə təxminən 50-dan artıq avtobus bir saatdan da artıq müddətdə sıxlıqda qalıb. Bu hal “28 May” m/st-nın ətrafı da daxil olmaqla “Koroğlu” m/st-na qədər bütün dayanacaqlarda sərnişinlərin uzun müddət avtobus gözləməsinə səbəb olub. Eyni vəziyyət Əhmədli-Q.Qarayev-Z.Bünyadov-20 Yanvar dairəsi və əks istiqamətində də müşahidə edilib”.

  •  (0)
  •  (0)