“5 min manat pulumuz, toy üçün aldığımız qızıllar yandı” – Mingəçevirdə yanğınbackend

“5 min manat pulumuz, toy üçün aldığımız qızıllar yandı” – Mingəçevirdə yanğın

Mingəçevirdə məcburi köçkünlərin yaşadığı yataqxanada  yanğın olub.
Hokm.az xəbər verir ki, hadisə şəhərin Naxçıvan 31 ünvanında məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli yataqxananın 5-ci mərtəbəsində qısaqapanmadan baş verib. Belə ki, 4 otaqlı mənzilin bir otağı əşyaları ilə brgə tamamilə yanıb. Hadisə yerinə Mingəçevir Yanğından Mühafizə briqadasının 4 maşını və təcili yardım briqadası gəlib. Yanğın zamanı xəsarət alan olmasa da ev sahiblərinə ciddi ziyan dəyib.

Ev sahibi Samir Kərimov bildirib ki, yanğın zamanı evinin bütün əşyaları yanıb: ”1 otaqda 10 nəfər ailə qalırıq. Onsuz da çətin olan vəziyyətimiz daha da çətinləşdi. 29 yaşlı qardaşımın toyu olası idi. 5 min manat pulumuz və toy üçün aldığımız qır-qızıl yanıb. Evdən heçnə çıxara bilmədik. Yoldaşım iki az yaşlı uşaqları alovun içərisindən bir təhər çıxarıb. Vəziyyətimiz çox acınacaqlıdı”. Qeyd edək ki,yanğın zamanı digər otaqlarda ziyan dəyib.Yeniavaz.com

  •  (0)
  •  (0)