5-11 yaşlı uşaqların peyvəndlənmə prosesinə START VERİLİR – Noyabrın 8-dən…backend

5-11 yaşlı uşaqların peyvəndlənmə prosesinə START VERİLİR – Noyabrın 8-dən…

ABŞ-da 5-11 yaşlı uşaqlar üçün peyvənd proqramının başlayacağı tarix açıqlanıb.
Hokm.az bildirir ki, bu barədə Ağ Evin COVİD-19-la mübarizə koordinatoru Ceff Zients məlumat verib. O bildirib ki, sözügedən proqram 8 noyabrdan etibarən həyata keçiriləcək.
“ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDS) də vaksinə razılıq verərsə, 5-11 yaş qrupundakı 28 milyon uşağa peyvənd vurulacaq. Valideynlər qeyd edilən tarixdən qeydiyyatdan keçə biləcəklər”, – deyə Zients əlavə edib.
Onun sözlərinə görə, vaksin 5-11 yaş qrupları üçün 91 faiz civarında təsirlidir.Sfera.az
  •  (0)
  •  (0)