Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının yandırılmış cəsədi ətrafında araşdırmalar davam edir.
Hokm.az xəbər verir ki, Nərminin atasın Şərif “Səni axtarıram”a açıqlamasında qızının 2-3 gün əvvələ kimi sağ olduğunu iddia edib.

“Bu qızı kənardan heç kim öldürüb gətirib ora ata bilməz. Müayinədə də göstərir ki, bu qız təzə öldürülüb. 20 gün bundan qabaq öldürülsəydi, cəsəddə çökmə olmalı idi. Bunda yoxdur axı. Mən özüm də baxdım. Uşaq deyilik ki, baxırıq ki, bu uşaq haradasa 4-5 gün bundan qabaq öldürülüb”.Oxu24.com
















