46 yaşlı kişi itkin düşüb – FOTObackend

46 yaşlı kişi itkin düşüb – FOTO

Xaçmazda 46 yaşlı kişi itkin düşüb.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Verilən məlumata görə, Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 46 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Zaur Həmidovun əlamətləri belədir: Boyu 172 sm., orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.

Zaur Həmidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  •  (0)
  •  (0)