45 milyon dollar toplamış 100 yaşlı polkovnik COVID-19-a yoluxubbackend

45 milyon dollar toplamış 100 yaşlı polkovnik COVID-19-a yoluxub

Britaniyada ikinci dünya müharibəsi veteranı, xeyriyyə məqsədləri üçün 32.8 milyon funt sterlinq (təqribən 45 milyon dollar – red.) toplayan Tom Mur COVID-19 diaqnozu ilə xəstəxanaya aparılıb.

Bu barədə 100 yaşlı polkovnikin qızı özünün “Twitter” səhifəsində bildirib. O qeyd edib ki, atasının vəziyyəti yaxşıdır və veteran reanimasiya bölməsində deyil.

Qeyd edək ki, Hindistan və Birmada döyüşmüş Tom Mur koronavirus pandemiyası başlayan zaman xeyriyyə aksiyası elan edərək Britaniya səhiyyə sisteminin ehtiyacları üçün 32.8 milyon funt sterlinq toplamağa müvəffəq olub.

Məhz bu xidmətlərinə görə, hərbi qüvvələrin sıralarını kapitan kimi tərk etmiş qoca polkovnik rütbəsinə yüksəlib.

Britaniya kraliçası II Yelizaveta isə Mura cəngavər titulu verib.

  •  (0)
  •  (0)