45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid olub – FOTObackend

45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid olub – FOTO

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində ağır yaralanaraq koma vəziyyətinə düşən hərbçi Natiq Mahmudov şəhid olub.

Hokm.az report-a istinadən xəbər verir ki, o, 45 gün komada qalıb.

Həkimlərin səylərinə baxmayaraq, N.Mahmudovun həyatını xilas etmək mümkün olmayıb.

Qazi Zaqatala şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.

Allah rəhmət eləsin!

  •  (0)
  •  (0)