40 erməni əsgərinin sadəcə qalıqları tapıldı – ŞOK AÇIQLAMAbackend

40 erməni əsgərinin sadəcə qalıqları tapıldı – ŞOK AÇIQLAMA

17 dekabrda Füzuli, Cəbrayıl və Ağoğlanda (Hadrut) aparılan axtarış işləri zamanı 40-dan çox erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, bunu Qarabağda keçmiş qondarma rejimin fövqəladə hallar xidmətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Hunan Tadevosyan deyib.

Hazırda erməni hərbçilərinin cəsədlərinin axtarışı davam edir. İtkin düşən əsgərlərin valideynləri prosesdə iştirak edirlər.

Axtarış başlayandan bu günə qədər, ümumilikdə, 933 erməni hərbi qulluqçusunun cəsədi tapılıb.

Xatırladaq ki, dekabrın 11-də Ermənistan Səhiyyə Nazirliyi 2 min 996 hərbçi cəsədinin məhkəmə tibbi ekspertizasının aparıldığını bildirmişdi.

  •  (0)
  •  (2)