4 yaşlı qız 90 saatdan sonra xilas edildibackend

4 yaşlı qız 90 saatdan sonra xilas edildi

Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş verən zəlzələnin dağıntıları altından bir azyaşlı da sağ-salamat çıxarılıb.

Hokm.az “Anadolu” agentliyinə istinadən məlumat verir ki, zəlzələdən 90 saat sonra azyaşlının sağ olduğu müəyyən edilib.

Xilasedicilər onu dağıntıların altından çıxara biliblər. Onlar ətrafdakı insanların alqış sədaları ilə balaca Ayla Gezgini tibbi yardım maşınına qoyaraq xəstəxanaya yola salıblar.

Xatırladaq ki, dağıntılar altından 65 saat sonra üç yaşlı Elif Perinçek sağ çıxarılıb. Oxu.az

  •  (0)
  •  (0)