4 minə yaxın qazi və şəhid ailəsi onlara təklif edilən işlərdən imtina edib. Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin sözlərinə görə, onların işdən imtina etməsinin səbəbləri müxtəlif olub.
Məlumat üçün bildirək ki, 2021-ci ildə 3 minə yaxın qazi işdən imtina etmişdi. Ötən illə müqayisədə bu il daha çox şəxsin təklif olunan işlərə marağının olmaması bəzi suallar yaradır.
Normal maaş olsaydı, imtina etməzdilər
REAL partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli Gundem.az-a açıqlamasında söyləyib ki, dövlət qurumları hesabat xatirinə bəyan edir ki, guya yüzlərlə iş təklif olundu, seçim imkanı verildi, ancaq bir çox hallarda bu seçim imkanlarından istifadə edilmədi:
“İşlə təminat məsələsində əsas odur ki, təklif edilən şəxslər buna razı olsun. İmtinanın səbəbləri müxtəlif ola bilər: Maaş azlığı, iş yerinin evdən uzaq olması və.s. Təbii ki, şəhid ailəsi və qazilərin bu səbəblərdən iş təklifindən imtina etmək hüququ var. Əslində, normal kriteriyalara uyğun, qənaətbəxş maaşla olsaydı, qazilər və şəhid ailələri işdən imtina etməzdilər”.