4 dəfə vaksin vurduran məşhur aktyor koronavirusa yoluxdu – FOTObackend

4 dəfə vaksin vurduran məşhur aktyor koronavirusa yoluxdu – FOTO

74 yaşlı məşhur aktyor Erdal Özyağcılar koronavirusa yoluxub.

Hokm.az xəbər verir ki, bu barədə aktyor özü sosial mediada məlumat yayıb. O, səhhətinin hazırda yaxşı olduğunu deyib.

“Sinovac və Biontech vaksini olunmuşdum, omikrona yoluxdum… Beşinci vaksinimi təbii yollarla oldum. Qrip kimidir. Amma siz yenə də diqqətli olun. Vaksinlərinizi vurdurun. Qapalı yerlərdən uzaq olun. Bir həftə, on gün sonra səhnədəyəm”, – aktyor qeyd edib.

Publika.az

  •  (0)
  •  (0)