4-cü kurs tələbəsi intihar etdibackend

4-cü kurs tələbəsi intihar etdi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi Paşa Mehdiyev intihar edib.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Tovuzun Aşağı Öysüzlü kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü P.Mehdiyevin hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

Qeyd edək ki, özünü asaraq intihar edən tələbə AzDBTİA-da futbol ixtisası üzrə təhsil alırmış.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)