4 aylıq körpə koronavirusdan öldübackend

4 aylıq körpə koronavirusdan öldü

Dörd aylıq körpə koronavirusdan ölüb.
Hokm.az xəbər verir ki, hadisə Sakit Okeanın cənubunda yerləşən Fici əyalətində baş verib.
Belə ki, yeni növ koronavirusa yoluxan dörd aylıq körpə ölüb. Bu barədə məlumatı Fici Səhiyyə Naziri James Fong açıqlamasında bildirib.
Nazir Fong, körpənin 1 sentyabrda yüngül tənəffüs çətinliyi ilə paytaxt Suvadakı sağlamlıq mərkəzinə gətirildiyini və lazımi müayinələrdən sonra Kolonial Memorial Xəstəxanasına köçürüldüyünü söyləyib.
Körpəyə köçürüldüyü xəstəxanada COVİD-19 diaqnozu qoyulduğunu bildirən nazir, “Anası, sağlamlıq mərkəzinə müraciət etməzdən iki gün əvvəl körpədə öskürək və qızdırma hallarının olduğunu söylədi. Xəstəxanaya yerləşdirilən zaman körpədən COVİD-19 testi götürüldü, test müsbət çıxdı və təəssüf ki, xəstəxanaya yerləşdirildikdən 5 gün sonra öldü ” – deyə bildirib.
Onu da qeyd edək ki, bu günə qədər 890 min əhalisi olan Ficidə COVİD-19-a yoluxan 48 min 393 nəfərdən 528-i həyatını itirib.azxeber.com
  •  (0)
  •  (0)