Dinc əhalini vuraq, muzdlular gətirək… – Erməni KİVbackend

Dinc əhalini vuraq, muzdlular gətirək… – Erməni KİV

Ermənistan raket zərbələrini daha çox dinc əhalinin yaşadığı şəhərlərə endirməlidir.

Hokm.az Axar.az-a istinadən xəbər verir ki, bu nasist fikirlərlə Ermənistanın “Armenianreport” dərgisi çıxış edib.

“Biz günahsız insanların ölümünü düşünməməliyik. Raket zərbələri fərdi binalara tuşlanmalıdır. Xaricdə yaşayan hər bir erməni Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşməyə razı ola biləcək muzdlular axtarışında olmalıdır. Bu muzdlulara öyrətmək lazımdır ki, bu “xristianları məhv etmək istəyən” müsəlmanlara qarşı “haqq” döyüşüdür. Bu bizim yeganə çıxış yolumuzdur”, – deyə sayt qeyd edir.

  •  (0)
  •  (4)