“Bura donub, hamı təşviş içindədir” – İrəvanda yaşayan braziliyalı ermənibackend

“Bura donub, hamı təşviş içindədir” – İrəvanda yaşayan braziliyalı erməni

Hamı gərgindir. Qarabağdakı savaş göstərdi ki, bu dəfə qısamüddətli toqquşma deyil, Azərbaycanın genişmiqyaslı əməliyyatıdır.

İki il əvvəl Ermənistanın paytaxtı İrəvana yollanıb orada yaşamağa başlamış braziliyalı erməni Kayke Qudceyan Braziliyanın San-Paulu şəhərində dərc olunan “Folha de S.Paulo” qəzetinə verdiyi müsahibəsində belə deyib.

Yazını müəyyən ixtisasrlarla təqdim edirik:

“Kaykenin dediiynə görə, Ermənistanın bu müharibəyə tam cəlb olunacağından qorxur. Erməni diasporunda hamı anlayırdı ki, Qarabağ münaqişəsi zonasında vəziyyət çox gərgindir. Lakin heç zaman düşünə bilməzdik ki, yeni müharibə ola bilər. O, İrəvanda qarabağlı ermənilər üçün geyim, ərzaq və pul yığılan məntəqələrin yaradıldığını deyib. Qudcenyan internetdə axtarışı optimallaşdırmaq üzrə ixtisaslaşmış şirkətdə işləyir.

“Çalışdığım şirkətdə bu ay maaşından 20 faizini Ermənistan ordusuna yardım üçün tutulacaq. Ölkədə elan edilmiş hərbi səfərbərliyin mənə aidiyyəti yoxdur, çünki məndə ikili vətəndaşlıq deyil, Ermənistanda yaşama izni almışam. Valideynlərim və qardaşlarım Braziliyaya qayıtmağımı istəyirlər. Amma burada qalmağı, yardım etməyi istəyirəm. Hələlik dönmək istəmirəm. Bununla belə, döyüşlərə yollanmaq fikrim də yoxdur”.

Hazırda Braziliyada 60 min erməni yaşayır ki, onların 50 mini San-Paulu şəhərindədir. San-Paulu ştatının Sənaye Federasiyasının binasının önüdə, Paulista avenyusunda Azərbaycanın əməllərinə qarşı ermənilər etiraz aksiyası da keçiriblər.

Ermənistanda və Braziliyadakı erməni diasporunun nümayəndələri arasında sosial şəbəkədə fəallıq geniş yayılıb. Ermənilər Rusiyanın dəstəyinə ehtiyac duyulduğunu yazırlar. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan bilavasitə Kremlə qarşı çıxan hərəkat dalğasında hakimiyyətə gəlib.

Ermənistanın şərqində, Türkiyə ilə sərhədin yaxınlığında qırıcıların və tankların olduğu Rusiya hərbi bazası var. Çox ermənilər Rusiyanın prosesə qarışmasını istəyirlər. Amma hələ ki, buna dəlalət edə biləcək heç nə yoxdur.

“Rusiyanın işə qarışmasını istəyirik. Amma Kreml susur”, – Qudcenyan deyib. Bəzi moskvalı analitiklər hesab edirlər ki, Ermənistan rəhbərliyinə yardım edərsə, onun qiymətini artırmaq üçün Moskva münaqişəyə laqeyd qalacaq.

Braziliyalı erməninin dediyinə görə, hələlik İrəvanda komendant saatı tətbiq olunmayıb. Amma burada hamı donub. Kimsə bundan sonra əvvəlki kimi işləyə bilməyəcək”.milli.az

  •  (1)
  •  (0)