Piyadalar təhlükədə: Yollar nə vaxt işıqlandırılacaq? – VİDEObackend

Piyadalar təhlükədə: Yollar nə vaxt işıqlandırılacaq? – VİDEO

Sabunçu,Zabrat,Kürdaxanı şosesinin işıqlandırılması olmadığı üçün sakinlər çətin anlar yaşayır.

Hokm.az bildirir ki, arb tv məsələ ilə bağlı ətraflı sujet hazırlayıb.

Bakıda qaranlığa qərq olan küçə və yollar kifayət qədərdir. Bəzi yerlərdə işıqlandırma sistemi ümumiyyətlə yoxdur, bəzilərində isə elektrik dirəkləri sadəcə bəzək rolunu oynayır. Bəs, istər piyada, istərsə də sürücülər üçün təhlükə mənbəyinə çevrilən bu problem nə vaxt öz həllini tapacaq?

Nəsimi Əsədov – Bakı Abadlıq İdarəsinin direktor müavini: “Bakı şəhərinin bütün rayonlarında, yəni 12 rayonun hər birində işlər davam edir. Müvafiq sıyahılar verilib və həmin siyahılar üzrə işlər aparılır. Biz bu layihə çərçivəsində 45 minədək işıq dirəklərinin quraşdırılmasını nəzərdə tutmuşuq. Bundan əlavə 10 minədək divar tipli şamdanların quraşdırılması nəzərdə tutulub. Böyük prospektlər, böyük küçələr, hətta ara küçələr belə nəzərdə tutulub.  Layihənin ilin sonunadək başa çatması gözlənilir”.

Artıq zülmət qaranlığa bürünən bəzi paytaxt küçələri, eləcə də, ətraf qəsəbələrdə yolların işıqlandırılması işinə start verilib.

Yollardakı işıqlandırma prosesi başa çatdıqdan sonra paytaxtın bütün küçə və prospektləri eyni zamanda əsas magistral yolları daha da işıqlı olacaq. Təbii ki yolların işıqlı olması həm bu yolda hərəkət edən vətəndaşların, həm də sürücülərin hərəkətində heç bir mane yaratmıyacaq.

Qeyd edək ki, indiyədək paytaxt yollarında 2000-dən çox dirək quraşdırılıb. İşlər Bakı ilə yanaşı, Sumqayıt və Şamaxıda da davam etdirilir.

  •  (0)
  •  (0)