32 yaşlı qadın məşhur müğənninin konsertində doğdubackend

32 yaşlı qadın məşhur müğənninin konsertində doğdu

Pinkin fanatı sevimli müğənnisinin konsertində ana olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Liverpool Echo News” nəşri xəbər verib.

Belə ki, müğənninin konsertinin başlanmasına bir neçə dəqiqə qalmış hamiləliyinin 37-ci həftəsində olan 32 yaşlı Deniz Consun sancıları başlayıb. Həkimlər bildirirlər ki, ana körpəsini Pinkin çıxışının dördüncü dəqiqəsində dünyaya gətirib.

Xatırladaq ki, analoji hadisə 2013-cü ildə də yaşanmışdı. Böyük Britaniyanın Lester şəhər sakini Haydi Uesson “The Rolling Stone” rok qrupunun konserti zamanı ana olmuşdu.

Hokm.az

  •  (0)
  •  (0)