31 yaşlı FHN əməkdaşı koronavirusdan vəfat etdibackend

31 yaşlı FHN əməkdaşı koronavirusdan vəfat etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı koronavirusdan vəfat edib.
Hokm.az  Oxu.Az-a istinadən xəbər verir ki, Nazirliyin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev bir müddət əvvəl COVID-19 virusuna yoluxub.
Xəstəxanaya yerləşdirilməsinə və həkimlərin göstərdikləri bütün səylərə rəğmən nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib.
Məlumatı FHN mətbuat xidmətindən təsdiq ediblər.
  •  (0)
  •  (0)