30 il sonra, yenə noyabr ayında… – Azərbaycanda dəhşətli helikopter qəzalarıbackend

30 il sonra, yenə noyabr ayında… – Azərbaycanda dəhşətli helikopter qəzaları

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda dəhşətli helikopter qəzası baş verib. Belə ki, saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

 

İlkin məlumatlara görə, hadisə zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Ölənlər arasında DSX-nın yüksək rütbəli zabitlərinin olduğu da istisna edilmir. Hələlik hadisə ilə bağlı və ölənlərin sayı, adları ilə bağlı heç bir məlumat yoxdur.

Hokm.az bundan öncə də Azərbaycanda baş verən helikopter qəzaları ilə bağlı məlumatları bir araya toplayıb.

Belə ki, Azərbaycan tarixində ən dəhşətli helikopter qəzası 1991-ci ildə noyabrın 20-də Xocavənd rayonunun “Qarakənd” kəndində baş verib. Dəhşətli qəzada ölənlər arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokror İsmət Qayıbov, sabiq daxili işlər naziri Məhəmməd Əsədov və digərləri olub. Qəza nəticəsində ümumilikdə 22 nəfər həlak olmuşdu.

Təəssüf doğuran bir digər məqam isə , “Qarakənd” helikopter qəzasında düz 30 il sonra, yenə noyabr ayında “Qaraheybət” qəzasının baş verməsidir.

“Qaraheybət” faciəsinə bənzər daha bir helikopter qəzası 2007-ci il oktyabrın 15-də Xəzər dənizində baş vermişdi. AZAL Dövlət Konserninə məxsus helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olmuşdu.

2019-cu il iyulun 24-də təlim-məşq uçuşları keçirən Azəraycan Hərbi Havaq Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdi. Təyyarə Xəzər dənizinə düşəndən sonra təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdü. Uzun sürən axtarışlardan sonra pilotun nəşi tapılmışdı.

  •  (0)
  •  (1)