30 generalı olan Sərhəd Xidməti – SİYAHIbackend

30 generalı olan Sərhəd Xidməti – SİYAHI

Bu günlərdə Azərbaycan Sərhəd Müha­fizə­si­nin 102-ci ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətində keçirilən təntənəli mərasimlə bağlı mediada bir sıra xəbərlər yayıldı. 

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin nitqi isə diqqətdən yayınmadı.

Belə ki, geniş nitqində DSX-nin faəliyyətindən bəhs edən Elçin Quliyev nədənsə, DTX və Baş Prokurorluğun bu qurumda keçirdiyi anti-korrupsiya əməliyyatından üstündən keçdi. Sanki DSX-nin ali zabi heyətinə daxil olan şəxslər onun işçiləri olmayıb. Sanki, yoxlamalar nəticəsində on milyonlarla vəsaitin oğurlandığı qurum da DSX deyil.

Bu arada Gununsesi.info-nun araşdırması zamanı DSX -nın ali zabit heyətinin tərkibi ilə bağlı maraqlı məqam üzə çıxıb. 

Belə ki, saytımıza məlum olub ki, DSX-da nə az, nə də çox, 30 general var. Ürəkağrıdıcı məqam isə odur ki, bu qədər sayda generalı olan Dövlət Sərhəd Xidməti İran İlam Respublikasından ölkəyə qaçaq yolla gətirilən narkotikin qarşısını almaqda acizdir. 

Elə bir gün olmur ki, polis və digər hüquq-mühafizə orqanlarının narkotiklərlə bağlı əməliyyatında istintaqın gedişində həmin vasiətlərin qaçaq yolla İrandan gətirilməsinə dair istintaq faktları üzə çıxmasın.

Gununsesi.info Elçin Quliyevin tabeçiliyindəki generalların  bəzilərinin adlarını təqdim edir:  

1) general -polkovnik Elçin Quliyev

2) general-leytenant Rəşad Sadiqov

3) general-leytenant İlham Mehdiyev

4) general-leytenant Firuz Şirinzadə

5) general -leytenant Əfqan Nağıyev

6) general -leytenant Abbas Xəlilov

7) general -leytenant Əsgər Xəlilov

8 general-leytenant Elşən Verdiyev

9) general-leytenant Cavid Abdullayev

10) general-leytenant Asif Cəbrayılov

11)general-leytenant Araz Məmmədov

12)general-leytenant Niyaməddin Tağıyev

13) general-leytenant İsmayıl Əkbərov

14)general-leytenant Azad Ələkbərov

15)general-leytenant Ehram Hacıyev

16) general-mayor Azər İbrahimov

17) general-mayor Elçin İbrahimov

18) general-mayor Ayaz Hüseynov

19)general-mayor Rəsul Tağıyev

20) general -mayor Ramin Bağırov

21) general-mayor Prizadə Müzəffər

22) kontr-admıral Ağayev Ziyad

23) kontr-admiral Abbas Qiyasov

24)general-mayor Faiq Məmmədov

25)general-mayor Babək Qurbanov

26) general-mayor Aqşin Məhərrəmov

Bundan başqa DSX akademiyasının rəisi və Elçin Quliyevin əməliyyat işləri üzrə müavini vəzifəsi də general rütbəsinə uyğun vəzifələrdir.

  •  (11)
  •  (7)