30-dan çox ailə təsərrüfatının su problemi həll edildi – Zahid Orucun təşəbbüsü iləbackend

30-dan çox ailə təsərrüfatının su problemi həll edildi – Zahid Orucun təşəbbüsü ilə

Bərdə rayonu Qazıqurdalı kənd sakinlərinin müraciəti əsasında yeni artezian quyusunun qazılması başa çatdırılmaq üzrədir.

Ölkə rəhbəri ilin əvvəlindən bütün bölgələrdə su ehtiyatlarının yaradılması ilə bağlı tapşırıqlar verib, istər təsərrüfatda istifadə edilən, istər içməli su problemlərinin həll olunması üçün operativ tədbirlər görülür.

Bu baxımdan Bərdə rayonu hər zaman diqqət mərkəzində saxlanılmaqdadır. İlin əvvəlindən 23-dən artıq artezianın qurulması ilə bağlı sərəncamlar verilib. Eləcə də Dövlət Neft Şirkəti vasitəsiylə bir neçə kənddə ayrıca olaraq təsərrüfatlarda əkinə-biçinə yardımçı olmaq üçün yeni mənbələr yaradılır.

Hokm.az xəbər verir ki, Bərdənin Qazıqurdalı kəndində deputat Zahid Orucun müraciəti əsasında hökumət qurumları tərəfindən artezian quyusu qazılır. 31 hektar əkin sahəsinin suvarılma problemi bununla öz həllini tapmış olacaq.

Qeyd edək ki, 30-dan çox ailə burada təsərrüfatlara malikdirlər. Digər kəndlərdə də oxşar xarakterli addımlar davam etdirilir.

 

  •  (0)
  •  (0)